Azərbaycan və Esvaiti Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında Memorandum imzaladılar

October 26, 2019

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Esvaiti Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında Memorandum imzaladılar.
 

Memorandum  oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində imzalanıb.  Memorandumu AZTA rəhbəri Nahid Bağırov və Esvaiti Turizm Təşkilatının (Eswatini Tourism Authority) rəhbəri xanın Lindia Nxumalo (Lindia Nxumalo) imzaladılar.
 

Anlaşma Memorandumunun əsas məqsədi,  iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı turizm axınının təmin olunması, eləcə də, Afrikanın azərbaycanlı turistlər tərəfindən kəşf edilməsidir.   Memorandum həmçinin AZTA-nın turuzm təbliğatı təcrübəsinin  Esvaiti Turizm Təşkilatının mütəxəssisləri ilə bölüşməsini nəzərdə tutur.
 

Imzalanma mərasimində həmçinin Esvatinın Ictimai xidmət naziri Kristian Ntshanqase, Ticarət naziri, senator Manqoba Khumalo, İnvestisiyaların Təşviqi Təşkilatının nümayəndələri  Sibahi Mnqomezulu,  Martin Masilela və digərləri iştirak etdilər.

'First Class Hospitality" və "The Prime Consulting" Azərbaycanda Eswatini Krallığının turizm əlaqələrin yaradılması və təbliği ilə məşğuldur.

 

Share on Facebook
Please reload

  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
Recent Posts
Please reload

Follow Us
Archive
Please reload

© 2020 by The Prime Group. All Rights Reserved

  • Facebook
  • Instagram Social Icon